"Stalinin başı"nın təqdimat günü açıqlandı

"Stalinin başı"nın təqdimat günü açıqlandı “Bozbash pictures” komandası tərəfindən lentə alınan "Stalinin başı” filminin təqdimat günü bəlli olub.


Live.az-ın məlumatına görə, ekran işi martın 1-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.


Bu gün isə filmin növbəti treyleri təqdim olunub.





Komediya janrında olan filmin rejissoru Emil Abdullayevdir.


Filmin çəkilişləri Azərbaycanda və Gürcüstanda baş tutub.


Qeyd edək ki, “Stalinin başı”nda İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Ənvər Abbasov və başqaları rol alıb.



"Stalinin başı"nın təqdimat günü açıqlandı
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri