"Azəriqaz": Əhaliyə verilən qazın həcmi 1,5 mln. kubmetr artıb

"Azəriqaz": Əhaliyə verilən qazın həcmi 1,5 mln. kubmetr artıb Hava şəraiti ilə əlaqədar "Azəriqaz" İB aparılacaq təmir işlərini təxirə salıb. Bunu açıqlamasında "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.




İ. Kərbəlayev qeyd edib ki, əhalinin təbii qaza olan tələbatını təmin etmək məqsədilə sərfiyyatda 1 mln. 446 min kubmetr artım var: "Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq. Hava şəraiti qazın verilişində heç bir problemə səbəb olmayıb".




APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri