MN: Düşmənin diversiya qrupu məhv edilib [Video]

MN: Düşmənin diversiya qrupu məhv edilib [Video] Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib.

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir.

Şərhlər
Hadisə bölməsinin xəbərləri