Çox sayda yerli filmlər gəlir [Siyahı]

Çox sayda yerli filmlər gəlir [Siyahı] Son zamanlar yerli kinomatoqrafiya sürətlə inkişaf edir və demək olar ki, hər həftə bir film nümayişə çıxır.


Live.az xəbər verir ki, keçən son bir ayda Oğlan Evi 2, 3 Badam 1 qoz, Naxox, Axırıncı yol və sair yerli filmlər təqdimatı olunub.


Və yenə də filmlərin ardı kəsilmir.


Çox sayda yerli filmlər gəlir [Siyahı]



Bu gün yeni Mahmud Baba filminin təqdimatı keçiriləcək. Filmin süjeti haqda məlumat yayılmayıb.


Bir müddət qabaq treylerini izləmək şansımız olub.





"Mahmud Baba" filmi 26 Yanvardan bütün kinoteatrlarda nümayışi başlayır.


İstehsalçı:Caratton 1472
Quruluşçu Rejissor:Samir Kərimoğlu
Quruluşçu Operator:Nadir Mehdiyev
Baş rolda: Fəqan Məmmədov


Çox sayda yerli filmlər gəlir [Siyahı]



Başqa yeni bir film isə - Hoqqa


Geniş promo aksiyasi gedən bir filmdir. Baş rollarda tanınmış simalrar Dilarə Əliyeva və Elməddin Cəfərov oynayırlar. Film komediya janrındadır.


Eşqin və Qızxanım facebook sosial şəbəkəsində taniş olurlar. Qızxanım rayonda yaşayır, atası onu başqasına vermək istədiyinə görə Eşqindən onu qaçırtmasını istəyir. Eşqin onu dostunun meyit daşıyan maşını ilə qaçırdır və hadisələr elə bundan sonra başlayır. Qəhrəmanlar "xoruz banı"na qədər həm qızın atasına yaxalanmamalıdırlar həm də qarşılarına çıxan maneələri dəf etməlidirlər..


Format: 2D
Janr: Komediya
Sürəklilik: 77 dəq.
Rejissor: Cavid Təvəkkül
Ssenarist: Fariz Əliyev
Rollarda: Dilarə Əliyeva, Elməddin Cəfərov, Vüsal Murtuzəliyev, Cəfər Namiq Kamal, Nofəl Şahlaroğlu, Rauf Şahsuvarov, Nahidə Orucova, Aytac Quliyeva, Samiraldo və b.
Premyera : 26.01.2017


Çox sayda yerli filmlər gəlir [Siyahı]



Fevral ayın 1 isə daha bir gözlənilər lent gəlir - Ağanatiq.


Hamımızın sevdiyi ŞHK-nın (Şən və Hazırcavablılar klubu) iştirakçılarının yeni filmidir. Əfsanəvi ''Parni iz Baku’' KVN komandasının unudulmaz və sevimli obrazı-Ağanatiq bu dəfə yeni komediyada, tam fərqli performansda. Rollarda Cabir İmanov, Tahir İmanov, Bəhram Bağırzadə, Ələkbər Əliyev, Azər Məmmədzadə, Emil Abbasov, Mirsalam Mirsalamov, Elçin İmanov və başqları kəçiliblər.


Filmdə ilk dəfə aktrisa kimi müğənni Tünzalə Ağayevada rol alıb.





Filmdə iş belə gətirir ki, sıravi taksi sürücüsü Ağanatiq kriminal hadisənin şahidinə çevrilir. Qəhrəmanımız bu vəziyyətdən çıxmaq üçün köməyə yaxın dostlarını çağırır. Bütün gözlənilməz hadisələr də məhz bundan sonra başlayır.


Format: 2D
Janr: komediya
Rejissor: Cabir İmanov
Premyera : 01.02.2017


Çox sayda yerli filmlər gəlir [Siyahı]



Fevral 16-si isə Bayram Axşamı filmi ekranlara gəlir.



‘M Group Production’nın növbəti layihəsidir. Bir müddət öncə tammetrajlı bədii film ‘Bayram Axşamı’nın tizeri yayılmışdır və bu gün treyleri təqdim edilib.





Filmin əsas və köməkçi rollarında İslam Mehrəliyev, Oksana Rəsulova, Cəmil Məmmədli, Asya Abdullayeva, Murad Dadaşov, Əkbər


Əlizadə, Firəngiz Mütəllimova, Miri Yusif, Xose Bernardo və s. kimi adlar iştirak edirlər.


Filmin direktoru Toğrul Məmmədov‘dur.


Filmin gələn ayın 16-sl təqdim olunması planlaşdırılıb.





Çox sayda yerli filmlər gəlir [Siyahı]



Və siyahımızda olan daha bir film - Stalinin Başı.


Bu filmi bir az çox gözləməli olacayıq, ona görə ki film mart ayında təqdim ediləcək.


"Bozbash Pictures" yeni filminin çəkilişlərinə ötən ilin avqustunda start verilib.


Bu haqda aktyor və teleaparıcı İlkin Həsəni bildirmişdir: "Biz başladıq. Mart ayından növbəti "bomba"nı partlatmaq üçün yeni macəra komediyamızın çəkilişinə start verdik."Stalinin başı".


Rollarda Ilkin Hasani,Ramil Babayev,Elshan Orucov,Azer Baxsheliyev,Nicat Rehimov,Ilkin Misgerli və başqaları rol alıb.


Buna qədər Ay Brilliant, Axırıncı yol və başqa filmləri təqdim edən kollektiv, bu filmində səs küyə səbəb olacağına söz verib.






Görünənin yaxın həftələr bizi çox sayda yerli filmlər gözləyir! Kinoya gedək?
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri