"Ağanatiq" komediyasının treyleri təqdim olunub

"Ağanatiq" komediyasının treyleri təqdim olunub Əməkdar artist Cabir İmanovun çəkdiyi "Ağanatiq" komediyası fevralın 1-dən kinoteatrlarda nümayiş olunacaq.



Live.az xəbər verir ki, “Planet Parni iz Baku Films”in istehsalı olan film Cabir İmanovun KVN səhnəsində yaratdığı Ağanatiq obrazının başına gələn hadisələrdən bəhs edir.



Oktyabr ayında çəkilişlərinə start verilən filmdə Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Tahir İmanov və başqaları yer alıb.



Filmin operatoru Nadir Mehdiyev, icraçı prodüseri Mirsalam Mirsalamovdurr.




"Ağanatiq" komediyasının treyleri təqdim olunub
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri