Amerikanın “Filliqar” rok qrupunun konserti

Amerikanın “Filliqar” rok qrupunun konserti Amerikanın “Filliqar” rok qrupunun Azərbaycana gəlib.


Qrupun ilk konserti 27 iyun saat 19.00-da Park Bulvar AVM-də keçiriləcək.


“Filliqar” rok qrupunun Azərbaycana səfərini ABŞ Səfirliyi təşkil edir.


Qeyd edək ki, “Filliqar” rok qrupu 25 iyun- 7 iyul, 2013-cü il tarixlərində Azərbaycanda səfərdə olacq.



Filliqar Amerikanın ən yaxşı rok qruplarından sayılır və onların sonuncu albomu The Nerve 2012-ci ilin Müstəqil Musiqi Mükafatlandırmalar zamanı ilin ən yaxşı albomu kimi seçilmişdir.



Filliqar rok qrupunun Azərbaycana Səfəri, ABŞ Dövlət Departamentinin himayədarlığı altında həyata keçirilən, mədəniyyətlər arası anlaşmanı və əməkdaşlığı gücləndirmək məqsədini daşıyan “Mədəniyyət Elçiləri” proqramı çərçivəsində həyata keçirilir.



Filliqar Azərbaycanın Bakı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir, və Sumqayıt şəhərlərində açıq havada ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün bir sıra rok master klasslar keçirəcəklər.



“Filliqar” rok qrupunun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. ABŞ Səfirliyi canlı Amerika rok musiqisi ilə maraqlanan hər bir azərbaycanlını aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edir:



İyun 27, 2013 18:00 Park Bulvar, Bakı
İyun 28, 2013 19:00 Qafgaz Sport Hotel, Qəbələ
İyun 29, 2013 17:30 Azadlıq Meydanı, Şəki
İyun 30, 2013 18:30 Xan Bağı-Yaşıl Teatr, Gəncə
İyul 1, 2013 18:30 Heydər Əliyev Parkı, Mingəçevir
İyul 4, 2013 18:30 Yaşıl Teatr, Bakı
İyul 5, 2013 18:30 N.Nərimanov adına Mədəniyyət Evi, Sumqayıt
İyul 6, 2013 14:00 Azərbaycan Dillər Universiteti-Rəşid Behbudov 60-Bakı Amerika Mərkəzi, Bakı

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri