Sinif yoldaşının anasını bıçaqlayan məktəbliyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Qulu Abdullayev və Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Q Abdullayev və K. Cəfərzadə hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, 2015-ci ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində qəsəbə sakini Aynur Teymurova bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q. Abdullayev və 1999-cu il təvəllüdlü K. Cəfərzadə tutulub.

Q. Abdullayev Cinayət Məcəlləsinin və K.Cəfərzadə Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunurlar.

K. Cəfərzadə A. Teymurovanın oğlunun sinif yoldaşı olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri