Novxanıda azyaşlının əlində naməlum qurğu partlayıb, iki barmağı amputasiya olunub

Abşeronda azyaşlının əlində naməlum qurğu partlayıb.

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Novxanı bağlar yaşayış sahəsində qeydə alınıb. Orada yaşayan azyaşlı Zöhrab Qurbanovun məişət tullantıları sahəsindən tapdığı naməlum əşya partlayıb. Nəticədə Z. Qurbanovun əlinin 2 barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri