Leonardo di Kaprio və Nina Agdal avtomobil qəzasına düşüb

"Holliwood" ulduzu Leonardo Di Kaprio və onun rəfiqəsi Nina Agdal Nyu-Yorkda avtomobil qəzasına düşüblər.


Bu barədə Live.az "New York Post" qəzetinə istinadən xəbər verir.


Qəza şənbə günü axşam baş verib. Ulduza aid "Range Rover" qadın tərəfindən idarə edilən "Mini Cooper" avtomobili ilə toqquşub. Nəticədə xəsarət alan olmayıb.


Şahidlərin sözlərinə görə, qəzanın səbəbkarı "Mini Cooper" olub. Leonardo Di Kaprionun avtomobili zədə almayıb, "Mini Cooper"in ön hissəsi isə əzilib.


Həmin hadisənin videosu bu gün yayılıb.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri