Aygün Kazımova və Rəhim Rəhimli möhtəşəm şou ilə cıxış ediblər

Aygün Kazımova və Rəhim Rəhimli möhtəşəm şou ilə cıxış ediblər Azərbaycanın xalq artisti Aygün Kazımova və məşhur müğənni Rəhim Rəhimlinin çoxdan gözlənilən "Şou Aygün Rəhimli" adlı konsertləri uğurla baş tutub.

Live.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, "Dalğa beach"də baş tutan konsertin aparıcılığı Şəhriyar Əbilova həvalə olunub. Anşlaqla keçən konsertdə ilk olaraq səhnəyə Rəhim Rəhimli çıxdı. İfaçı ard-arda hit mahnılarını səsləndirib.

Daha sonra isə səhnəyə Aygün Kazımova çıxıb. O, "Coffe from Colombia" mahnısını rəqqasların müşaiyəti ilə ifa edib. Daha sonra xalq artisti dillər əzbəri olan mahnılarını ifa edib. Konsert boyu Aygün Kazımova 2 fərqli libasda səhnəyə çıxıb. Konsertdə işıq effektlərinə xüsusi diqqət ayrılıb. Müğənniləri konsertdə Oksana Rəsulovanın rəhbərlik etdl "İndian dance school" və Nailə Məmməd-zadənin rəhbərlik etdiyi qrup müşaiyət edib. Konsertin ən gözlənilən məqamı isə Aygün Kazımova və Rəhim Rəhimlinin "Hər şey düzələr" duetlərini ilk dəfə bu konsertdə ifa etmələri olub.

Konsertdə Aygün Kazımova və Rəhim Rəhimlinin sentyabr ayının 11-i Şamaxıda bas tutacaq növbəti konsertlərinə bilet əldə etmək üçün lotoreya da oynanılıb. Konsertin dizanynını quran İbo xalq artistinə "Ay və Gün" formalı eksklüziv əl güzgüsü də hədiyyə edib. Konsert Aygün Kazımovanın ifası və atəş-fəşanlıqla yekunlaşıb.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri