Bakıda ər arvadını döyə-döyə öldürdü

Bakıda daha bir qadın qətli baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS-ə verilən məlumata görə, aprelin 7-də N.Tusi küçəsində yaşayan Zaur Məmmədxanov ailə münaqişəsi zəminində həyat yoldaşı Rəhimə Məmmədxanovanı döyüb.

Zərərçəkmiş xəstəxnaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın aprelin 15-də orada ölüb. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nətijəsində Zaur Məmmədxanov tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri