"YapıKredi Bankası"nın səhmdarı daha bir törəməsini satır

Türkiyənin "YapıKredi Bankası"nın səhmdarı olan "UniCredit" sahib olduğu Polşanın "Bank Pekao SA"-nı satışa çıxarmaq niyyətindədir.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "UniCredit" 5 mlrd. avro qarşılığında Polşanın ikinci ən iri bankındakı səhmlərinin satmağa razıdır.

Bildirilir ki, "UniCredit"in baş icraçı direktoru Jan Pyert Mustye (Jean Pierre Mustier) onlayn bankçılıq üzrə ixtisaslaşmış "FinecoBank SpA"-nın da satılacağı ilə bağlı mesaj verib.

Qeyd edək ki, ötən gün "UniCredit"in səhmlərinin nominal dəyəri 2,3% ucuzlaşaraq 2,24 avroyadək enib.

Məlumat üçün bildirək ki, "UniCredit" "Yapı ve Kredi Bankası"nda 81,8%-lik paya sahib olan "Koç Finansal Hizmetler A.Ş."-də 50%-lik səhm paketinə malikdir. Eyni zamanda "YapıKredi Bankası"nın "YapıKredi Bank Azərbaycan" QSC-də 99,8%-lik səhmi var.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri