Xəzər sahilində müasir premium kinoteatr açılır

Xəzər sahilində müasir premium kinoteatr açılırİyul ayında Xəzər sahilində müasir premium kinoteatr açılır. Yeni “CinemaPlus” adlanan kinoteatr Amburan Bilgəh qəsəbəsində “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.


"Cinemaplus" Amburan 164 yerdən və 3 zaldan ibarətdir. Kinoteatrın zalları İspaniya istehsalı olan yüksək keyfiyyətli rahat kreslolarla təchiz edilmişdir. Həmçinin “CinemaPlus” Amburan kinoteatrında Master İmage 3D texnologiyası tətbiq olunur.


Bundan əlavə VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş edə bilərlər.


Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik popkorn, şəkər pambığı və buzlu alkaqolsuz kokteyllər də təklif olunur.


Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib. Kinoteatr Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir. Həmçinin “CinemaPlus” 28 Mall, Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.





Xəzər sahilində müasir premium kinoteatr açılır
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri