Salyanda yaşayış evinə basqın edən maskalı şəxslər 3 nəfərə xəsarət yetirib

Salyanda maskalı şəxslər yaşayış evinə basqın edib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Qapanlı kənd sakini Sevda Soltanovanın yaşadığı evə açıq qalmış qapıdan girmiş maskalı 3 nəfər ev sahibəsi ilə qarşılaşıblar. Səs-küyə evdə olan Elnarə Əhədovaya və Zabil Ağayev oyanıblar. Bu zaman maskalı şəxslər dəmir parçası ilə onlara xəsarət yetirib hadisə yerini tərk ediblər.

Faktla bağlı dərhal quldurluq maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətmiş Bakı şəhər sakinləri Camal Namazov, əvvəllər məhkum olunmuş Fərid Rəsulov və əvvəllər məhkum olunmuş Zaur Hüseynov tutulublar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri