"Brexit"in ilkin nəticələri nefti 2 dollardan artıq ucuzlaşdırıb

Dünya bazarında neft ucuzlaşır.

APA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar azalaraq 48,85 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,12 dollar azalaraq 48,79 dollar olub.

Neft Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun ("Brexit") ilkin nəticələri açıqlanandan sonra ucuzlaşıb. Dairələrin ümumi sayının yarısı üzrə referendumun nəticələrinə əsasən, "Brexit" tərəfdarları irəlidədirlər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri