Tıxacların ən çox qeydə alındığı şəhərlər

Tıxacların ən çox qeydə alındığı şəhərlər Aparıcı naviqasiya şirkəti "TomTom" ötən ilin yekunları üzrə nəqliyyatın hərəkətinin ən sıx olduğu dünya şəhərlərinin siyahısını açıqlayıb.

Trend-in cümə günü Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, şirkətin hazırladığı nəqliyyatın hərəkətinin sıxlığı indeksində Moskva 66 faizlə siyahının birincisidir. Rusiya paytaxtını 55 faizlə Türkiyənin İstanbul şəhəri izləyir.

Siyahıda sonrakı yerləri Varşava, Marsel, Palermo, Los Anceles, Sidney, Ştutqart, Paris və Roma şəhərləri tutur.

Şirkətin məlumatına görə, ötən il Avropada nəqliyyatın hərəkətində ən acınacaqlı vəziyyətin yarandığı şəhərlər Lids, İstanbul və Moskva olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri