İn-Grid Bakıda yeni albomu təqdim edib

İtaliyanın məşhur müğənnisi İn-Grid Bakıda albom təqdimatı keçirib.


Live.az xəbər verir ki, təqdimatı olan albom “Ümid yağışı” adlanır. Həmin albom Azərbaycanda istehsal olunub, Avropanın bir çox ölkələrində təqdim olunacaq.


Alboma adı verilən mahnının sözlərin Alxanlıya, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur. Həmçinin, İn-Grid albomda xalq mahnısı “Sarı gəlin”i Azərbaycan dilində ifa edib.


Albomda Azərbaycan, ingilis, fransız və italyan dillərində mahnılar yer alıb. Müğənni Bakıya bir neçə dəfə gəldiyini, burada özünü çox rahat hiss etdiyini bildirib.


Sənətçi təqdimat mərasimində “Sarı gəlin”i canlı ifa edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri