Səfir: Astara-Astara dəmir yolunun tikintisinə başlanılıb

Qəzvin-Rəşt və Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xətlərinin tikintisinə başlanılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfir bildirib ki, tikinti işləri sürətlə icra olunur.

Onun sözlərinə görə, 2016-cı ildə Astara-Astara dəmir yolu xəttinin, 2017-ci ildə isə Qəzvin-Rəşt xəttinin tikintisinin tamamlanması planlaşdırılır.

Səfir əlavə edib ki, bununla paralel olaraq Rəşt-Astara dəmir yolu xəttinin tikintisi həyata keçiriləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri