Xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasındaki məhkəmə təxirə salınıb

Xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasındaki məhkəmə təxirə salınıb Xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə Nəsimi rayon Məhkəməsində bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. Buna səbəb işə baxmalı olan hakim Emin Mehdiyevin məzuniyyətə getməsi olub.



İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva APA-ya açıqlamasında bildirib ki, prosesə bundan sonra hakim Etibar Hümbətovun sədrliyi ilə baxılacaq: “İş hakim Etibar Hümbətova təhvil verilib. Bu günə təyin olunan proses təxirə salındı. Növbəti dəfə prosesə Etibar Hümbətov sədrlik edəcək. Hazırda hakim iddia ilə tanış olur”.



Ş. Nağıyeva prosesin iyunun 24-də keçiriləcəyini deyib.



Qeyd edək ki, aprelin 23-də İlhamə Quliyevanın şikayət ərizəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. İlhamə Quliyeva iddia ərizəsində Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri