Nizami Kino Mərkəzində "Dəlibal" filminin möhtəşəm qala-qecəsi baş tutub

Nizami Kino Mərkəzində "Dəlibal" filminin möhtəşəm qala-qecəsi baş tutub Yanvarın 7-də AF Media şirkətinin təqdim etdiyi "Delibal" türk filminin baş qəhrəmanları Çağatay Ulusoy, Leyla Lidia Tuğutlu və yaradıcı qrupun digər üzvləri Nizami Kino Mərkəzində keçirilən qala-gecəyə qatılıblar.

Azərbaycanın ən böyük ekran səhnəsinə çıxan qonaqlar Azərbaycan tamaşaçısına sevgilərini və minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, AF Media şirkətinin təqdim etdiyi "Delibal" filmi Azərbaycan dilində alt yazılarla nümayiş olunur.

Romantik dram janrında çəkilmiş bu film tələbə olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir. Memarlıq fakültəsində təhsil alan və boş vaxtında musiqi ifası ilə həyatın dadını çıxaran Barış Füsunu gördüyü anda ona aşiq olur. Adını belə bilmədiyi qızı tapıb eşqini anlatmaq bir yana, ağlında universitetı dərəcə ilə bitirib Amerikada təhsilini davam etmək istəyi olan Füsunu bu eşqə inandırmaq da var. Yaraşıqlı və ağıllı olan Barış sonunda bunu etməyi bacarır. O, Füsunu özünə aşiq edir və onlar evlənirlər. Hər şey nağıllarda olduğu kimidir o nağıl pozulmayana qədər...

Filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdir. Yaş həddi: 12+

Filmdə rollara həmçinin Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və Toprak Sağlam çəkiliblər.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçiriblər.


Live.az






Nizami Kino Mərkəzində "Dəlibal" filminin möhtəşəm qala-qecəsi baş tutub
Nizami Kino Mərkəzində "Dəlibal" filminin möhtəşəm qala-qecəsi baş tutub
Nizami Kino Mərkəzində "Dəlibal" filminin möhtəşəm qala-qecəsi baş tutub
Nizami Kino Mərkəzində "Dəlibal" filminin möhtəşəm qala-qecəsi baş tutub
Nizami Kino Mərkəzində "Dəlibal" filminin möhtəşəm qala-qecəsi baş tutub
Nizami Kino Mərkəzində "Dəlibal" filminin möhtəşəm qala-qecəsi baş tutub
Nizami Kino Mərkəzində "Dəlibal" filminin möhtəşəm qala-qecəsi baş tutub
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57