PSY-dan yeni bomba (VİDEO)

"Gangnam Style” mahnısı ilə dünya şöhrəti əldə etmiş cənubi koreyalı müğənni PSY (Park Jae-Sang) “Daddy” mahnısına yeni klip çəkib.

ANS-in məlumatına görə, “Daddy” mahnısı müğənnin “Chiljip PSY-Da” adlı yeni albomunda çıxacaq.

Bu albomun bu gün satışa çıxacağı gözlənilir. "Gangnam Style” mahnısının videosu “YouTube” tarixində ən çox baxılan rolik kimi yadda qalıb. PSY yeni “Daddy” mahnısına olan klipində eyni zamanda özünü, oğlunu və atasını oynayır.

Mahnının əsas nəqarəti kimi "Belə bədən səndə hardandı?" - "Mən onu atamdan aldım" səslənir. Qeyd edək ki, PSY bütün kliplərində maraqlı süjet xətti və gülməli hadisələr yer alır.

PSY keçən il Türkiyənin “Yetenek Sizsiniz” tele-müsabiqəsinin final konsertində iştirak etmişdi. Müğənni həmçinin səhnədə Hülya Avşarla rəqs etmişdi. “Gangnam Style”ın sədaları altında rəqs edən Hülya Avşarın daha sonra dünya şöhrətli PSY ilə birgə ifası maraqla qarşılanmışdı.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri