Qubada kənd mollası bıçaqladıqdan sonra özünü qəbiristanlıqda asıb

Quba rayonunun İqrıq kəndində intihar hadisəsi baş verib.

APA-nın məlumata görə, kənd sakini, 1979-cu il təvəllüdlü İbrahimov Neman Asif oğlu bir müddət əvvəl ayrıldığı həyat yoldaşı İbrahimova Aygün Pənah qızı ilə barışmaq üçün qayınatasıgilə gedib. Həyat yoldaşı onunla barışmaqdan imtina edib. Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zəminində kəndin mollası olan N. İbrahimov qadını bıçaqlayıb. Bundan sonra kənd qəbiristanlığına gedən molla orada özünü asaraq intihar edib.

A.İbrahimova isə Quba Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri