Hacıqabulda baş verən yol qəzasında biri körpə olmaqla üç nəfər ölüb

Hacıqabul rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

APA-nın məlumatına görə, bu gün saat 8.00 radələrində Bakı-Qazax yolunun 145-ci km-də, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Sabirabad rayonu Qəzli kənd sakini, 1955-ci il təvəllüdlü Mustafayev Rafiq Nəcməddin oğlunun idarə etdiyi 90-BH-740 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobillə Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü Sarıyev Natiq Valeh oğlunun idarə etdiyi 66-AC-512 dövlət nömrə nişanlı, “KamAZ” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-2107”-in sürücüsü və avtomobildə olan iki nəfər - Sabirabad rayonunun Yenikənd kənd sakinləri, 2015-ci il təvəllüdlü Əliyev Nurid Mənsur oğlu və 1967-ci il təvəllüdlü Əliyev Mehralı Əzizağa oğlu ölüb, 1975-ci il təvəllüdlü Əliyeva Dilarə Əhməd qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri