Cəlilabadda Şirvan sakinindən külli miqdarda narkotik götürülüb

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

RPŞ-nin baş müstəntiqi Ramil Əliyevin APA-ya verdiyi məlumata görə, Şirvan şəhər sakini, 33 yaşlı İlkin Mahir oğlu Atayev Cəlilabad rayonuna gələrək Cəlilabad-Sərhədabad yolunun kənarında gizlədilən 8,56 kq tiryəki götürüb. Həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalardan məlum olub ki, İrandan olan tanışı İlkin Ağayevə zəng edərəK, narkotik vasitəni oradan götürməsini və digər şəxslərə təhvil verməsini bildirib.

Faktla bağlı Cəlilabad RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri