Faiq Ağayev tələbəsinə dəstək olub

Faiq Ağayev tələbəsinə dəstək olub Azərbaycanın xalq artisti Faiq Ağayevin tələbəsi, gənc müğənni Etibar Alıyev “Yalvarıram” adlı mahnısına çəkdirdiyi klipi media əhlinə təqdim edib.


Live.az-ın verdiyi məlumata görə, klipin rejissoru Orxan Hüseynli, söz və musiqisinin müəllifi isə Elvin Mirzəzadə, aranjemanı isə Ramal Rəsula aiddir.


Xalq artisti Faiq Ağayev tədbirdə öz tələbəsinə dəstək olub. Qeyd edək ki, xalq artisti ilə müğənnnin tanışlıqı “Sehrli pərdə" layihə çərçivəsində mümkün olub. “Cənab qızıl şlyaqer” o zaman münsif qismində, Etibar Alıyev isə iştirakçı qısmində yarışa qatılmışdır.


“Etibar çox istedadlıdır. Mən sevinirəm ki, onun ilk addımları belə maraq doğurur”, - deyə xalq artisti Faiq Ağayev bildirib.


Tələbə iə öz ustadına təşəkkürünü bildirib.


“Mən həmişə Faiq müəllimnən məsləhətlər alıram. Bu klipi sizin hüzürunuza buraxdım. Tənqidə belə hazıram”, - deyə Etibar Alıyev bildirib.


Onun sözlərinə görə böyük arzusu ustadı ilə duet oxumaqdır.

Faiq Ağayev bu arzuya özünəməxsus şəkildə cavab verib: “Duet haqqında helə fikir bildirə bilmərəm. Amma gələcək kliplərinin ssenarisini bəyənsən, məmnuniyyətlə aktyor qismində çəkilərəm"





Faiq Ağayev tələbəsinə dəstək olub
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri