Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə 00-30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb.

Göyçayın Ləkçiplaq kənd sakini, 1940-ci il təvəllüdlü Vidadi Mustafayev idarə etdiyi “99 GZ 680” dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı minik avtomobili ilə yolu keçən piyadanı, Göyçay rayonunun Mırtı kəndi sakini, 1983-cü il təvəllüdlü Nuriyev Sahib Həmzə oğlunu vurub.

S.Nuriyev aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri