ABŞ-da kollecdə baş vermiş atışma nəticəsində 15 nəfər ölüb, 20 nəfər yaralanıb

Atəş açan şəxs öldürülüb

ABŞ-ın Oreqon ştatında kolleclərin birində baş vermiş atışma nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 20 nəfər isə yaralanıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

Bundan əvvəl insident nəticəsində 10 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilmişdi.


***


ABŞ-ın Oreqon ştatında kolleclərin birində baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

İnsident Rozberq şəhəri yaxınlığında yerləşən kollecdə baş verib.

Yerli Q13 FOX telekanalının məlumatına görə, atəş açan şəxs öldürülüb.

Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri