Azərbaycan prezidenti dünya şöhrətli aktyor Stiven Siqalı qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev dünya şöhrətli aktyor və rejissor Stiven Siqalı qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən S. Siqal ölkəmizdə gördüklərinin onda dərin təəssürat yaratdığını deyib.

S. Siqal Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasının və bu yarışlarda çoxlu sayda idmançının iştirakının onda böyük heyranlıq yaratdığını deyib. Birinci Avropa Oyunları ilə bağlı görülən işlərin misilsiz dərəcədə möhtəşəm olduğunu vurğulayan qonaq ümumiyyətlə Azərbaycanda qazanılan nailiyyətlərin dünyada tanıdılması və təbliğinin önəmini qeyd edib.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlət başçısı birinci Avropa Oyunlarının ölkəmiz və eləcə də Avropa üçün tarixi hadisə olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu Oyunları yüksək səviyyədə keçirməklə əslində Avropa Oyunlarının standartlarını müəyyən edib. Dövlət başçısı ölkəmizin artıq müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən mühüm idman yarışlarının keçirildiyi bir məkana çevrildiyini vurğulaıyb.

Görüşdə son illər Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən mədəniyyət və idman sahələrində əldə edilən uğurlardan danışılıb.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57