Emrah Bakıda Qənirə Paşayeva ilə görüşüb

Emrah Bakıda Qənirə Paşayeva ilə görüşüb Türkiyənin məşhur müğənnisi və aktyoru Emrah Erdoğanın ssenari müəllifliyi və rejissorluq etdiyi “Gəlməyən bahar” filminin yaradıcı heyətinin üzvləri Bakıda Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşüb.

Qonaqları salamlayan millət vəkili Qənirə Paşayeva filmin Azərbaycanda ilk Türkiyə filmi qalası olduğunu deyib. Q.Paşayeva deyib ki, bu mövzuya aid çəkilən filmlər insanlığa bir mesajdır: “Bu film Baharları qurban etməyək deyə cəmiyyətə ciddi mesaj verir. Qadın hüquqlarını qorumaq, zorakılığa qarşı mübarizə aparmaq hər bir insanın borcudur. Mən bu mövzuya müraciəti kişilər edəndə daha çox sevinirəm. Çünki bu çox vacib və əhəmiyyətlidir”.

Özünü doğma evində hiss etdiyini bildirən müğənni-aktyor Emrah Erdoğan rejissor və ssenari müəllifi kimi ilk işini Bakıda da təqdim etməyindən məmnun olduğunu və filmlə bağlı deyilən bütün xoş sözlərə öz təşəkkürünü bildirib. O, bildirib ki, bu film üzərində uzun müddət düşünüb və işləyib. O, Azərbaycanın bu mövzuya böyük diqqət verməsinin və bu istiqamətdə ciddi addımlar atmasından məmun olduğunu da vurğulayıb.

Görüşdə millət vəkili Musa Qasımlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, modelyer Gülnarə Xəlilova, Türkiyənin Azərbaycandakı səfirliyinin kültür müşaviri Seyidahmet Arslan da iştirak edib. Onlar da bu cür filmlərin çəkilməsinin vacibliyi və əhəmiyyəti barədə fikirlərini səsləndiriblər və yaradıcı heyəti təbrik ediblər. Görüşün sonunda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun adından yaradıcı heyətə plaketlər və Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materiallar və hədiyyələr verilib.


Emrah Bakıda Qənirə Paşayeva ilə görüşüb
Emrah Bakıda Qənirə Paşayeva ilə görüşüb
Emrah Bakıda Qənirə Paşayeva ilə görüşüb
Emrah Bakıda Qənirə Paşayeva ilə görüşüb
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri