Tanınmış müğənni Elza Seyidcahan qızı Gülşənə toy etdi

Tanınmış müğənni Elza Seyidcahan qızı Gülşənə toy etdi 24 avqust Park Meridianda əməkdar artist Elza Seyidcahan qızı Gülşənə toy etdi.

Ifaçının qızı fotoqraf Elxan Əlisatovla ailə həyatı qurdu. Bəylə gəlin məclis keçirilən məkana xüsusi bəzədilmiş avtomobillə gəldi. Cütlük zala daxil olmadan öncə restoranın həyətində nikah mərasimi qeyd edilib. Daha sonra alqışlar və vağzalı sədası ilə zala daxil olan səbəbkarları E.Seyidcahan salamlayıb: “Bu gün mənim üçün çox əlamətdar bir gündür. Gözümün nuru qızım bu gün başqa bir ocağa gəlin köçür. Bu da bir valideyin kimi məni çox sevindirir. Allah hər bir valideyinə bu günü qismət etsin”.

Gecəyə şou-biznesin bir çox tanınmış simaları Nadir Qafarzadə, Nazənin, Roza Zərgərli, Gülay Zeynallı, Niyam Salami, Elnarə Abdullayeva, Günay İbrahimli,Ramal İsrafilov, Sevda Yahyayeva, Aşıq Zülfiyyə, aktyor Fərda Xudaverdiyev, aktrisa Vəfa Zeynalova, aparıcı Vüsalə Əlizadə, Zemfira Adıgözalova, prodüser Təranə Səmədova və başqaları qatılıb. Toyun aparıcı müğənnisi Zamiq Hüseynov oldu.

Günel Həsənovva

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri