Samuxda avtomobilin körpüdən aşması nəticəsində ölənlərin sayı beşə çatıb

Qəzada ölən və xəsarət alanların kimliyi məlum olub

Samux rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

Gəncə Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, stansiyaya çatdırılanlardan biri orada keçinib.

Artıq ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib:

Ölənlər şəxslər bunlardır:

Zöhrab Məmmədov (sürücü)
Maral İsmayılova
Hicran İsmayılova
Kafya İsmayılova
Məleykə Həsənova (azyaşlı)

Bundan başqa, Fatimə Məmmədova (3 yaş), Namilə İsmayılova, Rəqsanə Məmmədova, Zöhrə Məmmədova ağır, Sənan Hüseynov (10 yaş), Yusif Verdiyev (2 yaş) isə yüngül bədən xəsarətləri alıblar.

Ölən və yaralananların bir ailənin üzvü olduqları, yaxınlarının yas mərasimindən qayıtdıqları bildirilir.

________


Azərbaycanın Samux rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, "VAZ-2106" markalı, 51-BE-826 markalı avtomobil Gəncə çayının üzərindəki körpüdən aşıb.

Avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb, digərləri xəsarət alıb. Onlardan 1 azyaşlı Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. 7 nəfər isə Gəncə Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hazırda Gəncə çayının suyu quruyub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri