Bakıda vurulan piyadanın yaxınları qəza törədən maşını əziblər

Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Günel Mübariz qızı Manafovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobil hava limanı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada İsmayıl İsmayılovu vurub. Günel Manafova avtomobili qəfildən saxladığı üçün arxadan gələn və Səxavət Razim oğlu Quliyevin idarə etdiyi "Runna" markalı avtomobil "Mitsubishi"yə arxadan çırpılıb.

Ağır kəllə-beyin travması və qolundan sıyrıq xəsarətləri ilə 3 nömrəli şəhər xəstəxanasına çatdırılan İsmayıl İsmayılovun həyatını xilas etmək mümkün olub.

Hadisə şahidlərinin sözlərinə görə yaralının yaxınları qəza baş verəndən sonra Günel Manafovaya məxsus avtomobilə təpiklə ziyan vurublar.

Hadisəsinin səbəbləri baş verməsi Nizami Rayon Polis İdarəsində araşdırılır.

Qeyd edək ki, yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən anası ilə keçən İsmayıl İsmayılov 1-ci qrup əlildir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri