“Terminator: Genezis” filmlərinin nümayişinə başlanıb

“Terminator: Genezis” filmlərinin nümayişinə başlanıb Nizami Kino Mərkəzində iyulun 02 –dən etibarən 3D formatda çəkilmiş ABŞ-ın “Terminator: Genezis” və Böyük Britaniya və ABŞ-ın “Ağılsız izdihamdan uzaq” filmlərinin nümayişinə başlanıb.

Triller, məcara, fantastika və döyüş janrında olan “Terminator: Genezis” filmini Laeta Kaloqridis və Ceyms Kemeronun ssenarisi əsasında rejissor Alan Teylor çəkib. Ekran əsərinin sloqanı “Yenidən yazılmış tale” dir. Yaş məhdudiyyəti: 12+

“Terminator: Genezis”, özünümüdafiə lideri Con Konnorun, Sara Konnoru və gələcəyi xilas etmək üçün serjant Kayl Rizi keçmişə 1984-cü ilə göndərməsindən bəhs edir. Bu məqamda zaman parçalanması baş verir: serjant Riz keçmişin ona tanış olmayan yeni versiyasına düşür. O, gözləmədiyi tərəfdaşlarla, həmçinin Terminatorla və yeni təhlükəli düşmənlərlə qarşılaşır. Serjant Rizin artıq yeni misiyası var –gələcəyi dəyişmək misiyası...

Filmdə baş rollara, Terminator obrazının əvəzolunmaz aktyoru Arnold Şvartseneqqer, Ceyson Klark, Emiliya Klark, Cay Kortni, C. K. Simmons, Dayo Okeniyi, Mett Smitt, Kortni B. Vens, Li Ben Xon, Maykl Qledis və başqaları çəkilib.

Devid Nikolls və Tomas Xardinin ssenarisi əsasında rejissor Tomas Vinterberqin çəkdiyi “Ağılsız izdihamdan uzaqda” filmi dram janrındadır.

Kinoəsər, gözəl gənc qadının üç tam fərqli kişi ilə olan münasıbətlərindən bəhs edir.

Filmdə Keri Malliqan, Mattias Şonarts, Tilli Vosberq, Mark Uinqett, Dorian Lok, Sem Fillips, Tom Sterridj, Cuno Templ, Bredli Xoll, Xilton MakRey və başqaları çəkilib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57