“Günaydın” verilişinin eksperti aparıcı haqqında nələr dedi? – FOTO

“Günaydın” verilişinin eksperti aparıcı haqqında nələr dedi? – FOTO "Günaydın" verilişində müğənni Mətanət Əsədova ilə yazar Əziz Musa arasında baş verən qalmaqalın qismən səbəbkarı verilişin aparıcısı Vüsalə Kərimova göstərilir. İttiham edən isə M.Əsədovadır.

Məsələylə bağlı “Günaydın” verilişinin ailə məsələləri üzrə eksperti Hacı Quliyev mətbuata açıqlama verərək, aparıcını dəstəkləyib:

“Vüsalə Kərimova “Günaydın” verilişinin aparıcısı təyin olunandan bu günə qədər verilişdə bir çox qalmaqallar olub. Amma burada Vüsalə xanımın heç bir təqsiri yoxdur. O, idarə edəndir, qonaqlar isə ekspert qismində çıxış edən şəxslər. Təbii ki, gərgin anlar olur, bunun qarşısını da almaq hər dəfə asan olmur. Həmçinin kimin hansı ifadəni bildirəcəyinin də sığortası yoxdur. Fikir azaddır, amma mədəniyyətsizlik yol verilməzdir. Verilişdə yazarın müğənniyə qarşı təhqiramiz ifadə işlətməsinə cavabdeh olan şəxs aparıcı deyil. Hər bir insan öz sözünün məsuliyyətini daşıyır. Xüsusiylə də, müğənni anlamalıdır ki, o, hər bir jesti ilə ya yüksələr, ya da alçalar. Ümumiyyətlə, hər bir insan atacağı hər addıma qarşı diqqətli olmalıdır.”

Hər kimsə verilişə qonaq qismində dəvət olunursa, böyük həvəslə getdiyini deyən H.Quliyev, qonaqların verilişin çəkiliş mədəniyyətindən də zövq aldığını bildirib:
“Həm aparıcının danışıq qabiliyyəti, həm də verilişdəki ab-hava qonaqlara xoş təəssürat bəxş edir. Qonaqların qarşılanması və yola salınması, ümumiyyətlə, qonaqlara olan münasibət yüksək səviyyədədir.”

Qeyd edək ki, 30 iyun tarixində "Günaydın" verilişinin efirə gedən buraxılışında Əziz Musa ilə Mətanət Əsədova arasındakı qalmaqallı anlar yazarın müğənnini təhqir etməsiylə nəticələnib.


“Günaydın” verilişinin eksperti aparıcı haqqında nələr dedi? – FOTO
“Günaydın” verilişinin eksperti aparıcı haqqında nələr dedi? – FOTO
“Günaydın” verilişinin eksperti aparıcı haqqında nələr dedi? – FOTO
“Günaydın” verilişinin eksperti aparıcı haqqında nələr dedi? – FOTO
“Günaydın” verilişinin eksperti aparıcı haqqında nələr dedi? – FOTO
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri