Nazir: “Neftin ucuzlaşması Azərbaycanı iqtisadi inkişaf pespektivinə yenidən baxmağı vadar edir”

“2015-ci il iqtisadi inkişaf baxımından bir çox ölkələri çağırışlar qarşısında qoyur, Azərbaycanda istisna deyil”.

APA xəbəri verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, neftin ucuzlaşması region ölkələrinə, o cümlədən Azərbaycana təsir edib. “Yaranmış vəziyyət iqtisadi inkişaf perspektivlərinə, monetar siyasətə yenidən baxmağa, bir sıra məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə vadar edir. Azərbaycanda baş verən devalvasiya da bizi monetar siyasətimizə yenidən baxmağa vadar etdi. Azərbaycan Mərkəzi Bankı milli iqtisadiyyatımızı, milli istehsalımızın rəqabətqabiliyyətliliyini qorumaq üçün ciddi addım atdı. Amma unutmaq olmaz ki, Azərbaycan region ölkələri arasında sonuncu olaraq, devalvasiyaya getdi. Bu məsələyə daha geniş miqyasda baxmaq lazımdır”, - deyə S. Şərifov bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri