Aviaşirkət sərnişinin itini səhvən İrlandiyaya göndərib

Aviaşirkət sərnişinin itini səhvən İrlandiyaya göndərib Amerikanın "United Airlines" aviaşirkəti səhvən sərnişinlərin itini Arizona əvəzinə İrlandiyaya göndərib. Trend-in məlumatına görə.

Hadisə Nyu-Yorkdan Arizonaya köçən ailənin başına gəlib. Ailə Xendriks adlı iti ayrı reyslə göndərib. Ailə Arizonada yerə enəndən sonra aviaşirkətdən onlara zəng edərk bildiriblər ki, it səhvən İrlaniyaya göndərilib.

Aviaşirkət iti yetirdməyi, gəzdirməyi, yumağı və həmçinin, onu geri qaytarmağı öz öhdəsinə götürüb. Daha sonra it Nyu-York ştatına geri gətirilib və müvəffəqiyyətlə Arizonaya çatdırılıb.


Lenta.ru, ABC News
Şərhlər
Maraqlı bölməsinin xəbərləri