Şirvanda 32 yaşlı qadını avtomobil vurub

Şirvan şəhərində avtomobil piyadanı vurub.



Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 11:00 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində baş verib. Şirvan şəhəri sakini Qurbanov Anar Əlimirhüseyn oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90 EH 637 dövlət nömrə nişanlı avtomobillə həmyerlisi, 1981-ci il təvəllüdlü Məmmədova Füruzə Tərlan qızını yolu keçərkən vurub. Əvvəlcə Şirvan şəhər Xəstəxanasına yerləşdirilən Füruzə Məmmədova vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.



Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri