Emin və Qriqoriy Leps dəniz kənarında konsert verəcəklər

Emin və Qriqoriy Leps dəniz kənarında konsert verəcəklər Bir gecə - iki şou! 27 iyun tarixində Sea Breeze-də çimərlik mövsümünün açılışı münasibətilə iki xarizmatik ifaçı Qriqoriy Leps və EMIN-in çıxışları baş tutacaq.


Live.az xəbər verir ki, populyar Rus müğənnisi Qriqoriy Leps və hər kəsin sevimlisi EMİN Sea Breeze-də konsert proqramı ilə çıxış edəcəklər.


Qriqoriy Leps - Rusiyanın əməkdar artistidir və "İlin mahnısı" "Qızıl Qrammofon" və s. mükafatlara layiq görülmüşdür. Onu güclü səsinə görə və nadir xarizmasına görə sevirlər. O - qadınların kumiridir. O, estradanın əsl cəsarət nümunəsidir. Nadir diapazon və vokal koloritinə malikdir. Hər dəfə sonuncu dəfəki kimi ürəkdən oxuyur. Buna görə də ifa etdiyi mahnılar çoxlarına yaxın və aydındır. Buna görə də onun hər bir yeni işi mühüm bir hadisəyə çevrilir.


Biletləri U-BOAT saat butikindən əldə edə bilərsiniz.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri