Liftdə dəhşətli olay: uşağını xilas etdi, özü öldü

Hadisə 14 mərtəbəli binada baş verib

Bakıda liftdə baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişən şəxsin bank əməkdaşı olması məlum olub. Lent.az-ın məlumatına görə, Bayıl qəsəbəsində liftin qapısı ilə divarı arasında qalaraq dünyasını dəyişən 3 oktyabr 1975-ci il təvəllüdlü Elmar Mustafeyav Azər-Türk Bankın təhlükəsizlik xidmətinin əməkdaşı olub. O, daha əvvəl Kapital Bankın təhlükəsizlik departamentində çalışıb.

Qeyd edək ki, hadisə Bayıl qəsəbəsindəki 14 mərtəbəli binada baş verib.



*****

10:22

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə verib. Lent.az-ın məlumatına görə, mayın 24-də axşam saatlarında Səbail rayonu, Bayıl yaşayış sahəsi, İ. Məmmədov küçəsi 2 «a» ünvanında yerləşən 14 mərtəbəli binanın 28-ci mənzilində yaşayan 1975-ci ildə anadan olmuş Mustafayev Elmar Davud oğlu övladı ilə birgə yaşadığı binanın 3-cü mərtəbəsində liftdə olarkən nasazlıq yaranıb. O, qapını açaraq əvvəlcə azyaşlı uşağını liftdən çıxarıb, daha sonra liftdən çıxmağa cəhd edərkən lift hərəkətə gəlib və E.Mustafayevin başı qapının arasında qalıb. 40 yaşlı kişi hadisə yerindəcə keçinib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri