Bakıda iki minik maşını, bir mikroavtobus yanıb

Bakı şəhərinin Nəsimi rayonunda “Hyundai" markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda dayanmış "Audi" markalı minik avtomobilinin sol tərəfi və “QAZel” markalı mikroavtobusun sol qapısı qismən yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri