FHN Bakının "Azadlıq" prospektində yaşayış binasının yanması ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasının yanması faktı ilə bağlı məlumat yayıb

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir. Əlavə məlumat veriləcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri