“Bank Standard”-ın yeni konsepsiyada yeni filialı! [Foto]

“Bank Standard”-ın yeni konsepsiyada yeni filialı! [Foto] Nəsimi rayonu ərazisində Bank Standard özünün yeni konsepsiyada hazırlanan filialının qapılarını müştərilərinin üzünə açdı.

Bu filial bankın fəaliyyətdə olan 15-ci, 2015-ci ildə açılması nəzərdə tutulan bir neçə filialdan birincisi oldu.

“Nəsimi”, bankın müştəriyə istiqamətlənmək, sürətli xidmət, sadə və çatımlı olmaq prinsiplərinə əsaslanan yeni konsepsiyası üzərində qurulan ilk filialı oldu.

Bankın uzun illərə söykənən dostcanlı, qonaqpərvər və etibarlı olmaq kimi keyfiyyətlərilə yeni konsepsiyasının vəhdəti isə “Bank Standard”-ın yeni sloqanında öz əksini tapdı – Asan və Sürətli Bankçılıq!

Azərbaycanın ən iri banklarından biri olan Bank Standard hətta devalvasiya prosesindən sonra belə özünün depozit portfelini qoruyub genişləndirərək korporativ istiqaməti və fiziki şəxslərə xidməti birləşdirməklə pərakəndə bankıçıq hesabına fəaliyyət sahəsini genişləndirmək prinsipini əsas götürdü. Bu yolla bank hamının və hər kəsin bankı olmaq məqsədini qarşıya qoydu.

“Bank Standard”-ın bütün filiallarına şamil ediləcək yeni konsepsiya "I-AM" şirkətinin yardımı ilə hazırlnamışdır.

"I-AM" şirkəti memarlıq, dizayn və brendinq üzrə beynəlxalq ekspert hesab edilir. Şirkətin baş ofisi Londonda olmaqla İstanbul, Dubay və Mumbay kimi iri şəhərlərdə nümayəndəlikləri yerləşir.

"I-AM" “Bank Standard”-ın filiallarının dizayn və funksionallarını hazırlamaqla yanaşı, bankın vizual üslubunun rebrendiqini də həyata keçirmişdir. Artıq bank filiallarının xarici görünüşü və dizaynı ilə bərabər, loqo, informasiya materialları da daxil bütün kommunikasiya platforması cəmiyyətə açıq və çatımlı olmaqla hər bir müştətiyə bank üçün nə qədər vacib və dəyərli olduğunu hiss etdirəcək.

“Nəsimi” filialına gələn müştərilər yeni müştəriyə istiqamətlənmək konsepsiyasının üstünlüklərini layiqincə qiymətləndirə biləcəklər. Sürətli xidmət, minimum növbə, dostcasına bir münasibət və əhalinin bütün təbəqələrinin ehtiyacları üçün nəzərdə tutulan məhsul və xidmətlər – bütün bunlar “Bank Standard”-ın yeni konsepsiyasının əsas tərəflərinin sadəcə olaraq qısa bir siyahısıdır.

Multimedia ekranı, növbə müəyyənləşdirən sistem, müştərini qarşılayan mütəxəssis-məsləhətçi, özünəxidmət məntəqələri və rəqəmli göstəricilər bütövlükdə müştərilərlə sürətli və effektli iş sistemini formalaşdırır.

Xüsusi olaraq filialda özünəxidmət zonasını qeyd etmək lazımdır. Burada müştərilər bank əməkdaşlarına yaxınlaşmadan tez və müstəqil şəkildə əməliyyatlar həyata keçirə, kommunal ödənişlərini edə bilərlər, ödəniş terminalları və Cash-İn funksialı ATM-lər vasitəsilə isə onlayn rejimdə kartdakı balanslarını artıra bilərlər.

Filialda həmçinin, SmartBanka çıxışı olan interfeyslərin təqdim olunduğu Smart zona da müştərilərin ixtiyarında olacaq. Burada hər bir müştəri öz hesabını yoxlaya və idarə edə, pul köçürmələrini və müxtəlif ödənişləri həyata keçirə biləcəkdir.

İstirahət üçün nəzərdə tutulmuş Komfort zonada isə rahat divanlarda, çay və ya kofe, pulsuz wifi ilə gözləmə müddəti olduqca xoş keçəcək.

“Bank Standard”-ın Bakı, Nəsimi rayonu, A.Mustafayev, 8A (3-cü mikrorayon dairəsi, tel.: 430 10 61; 430 10 62; faks: 430 10 63) küçəsində yerləşən yeni “Nəsimi” filialına Siz də gəlin və müasir bankçılığın üstünlüklərini hiss edin.

İş saatları: Bazar ertəsi – Cümə (09:00-17:00), fasiləsiz). Şənbə (10:00 – 13:00).

Daha ətraflı məlumat üçün: 158. www.bankstandard.com


“Bank Standard”-ın yeni konsepsiyada yeni filialı! [Foto]

“Bank Standard”-ın yeni konsepsiyada yeni filialı! [Foto]

“Bank Standard”-ın yeni konsepsiyada yeni filialı! [Foto]

“Bank Standard”-ın yeni konsepsiyada yeni filialı! [Foto]

“Bank Standard”-ın yeni konsepsiyada yeni filialı! [Foto]

“Bank Standard”-ın yeni konsepsiyada yeni filialı! [Foto]

“Bank Standard”-ın yeni konsepsiyada yeni filialı! [Foto]

“Bank Standard”-ın yeni konsepsiyada yeni filialı! [Foto]
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri