Müğənni Günay İbrahimli “Sənə bağlanıram” adlı ilk albomunu və klipinin təqdimatını keçirib

Müğənni Günay İbrahimli “Sənə bağlanıram” adlı ilk albomunu və klipinin təqdimatını keçirib Müğənni Günay İbrahimli “Sənə bağlanıram” adlı ilk albomunu və “Hüzur” adlı klipinin təqdimatını edib.


Live.Az-ın məlumatına görə, media nümayəndələrini bir araya toplayan müğənni ekran işi haqda təəssüratlarını bölüşüb:

“Klip 13 günə ərsəyə gəldi. Bəstəyə rejissor Aqil M. Quliyev ekran həyatı verib. Operator “Avatar” filminin operatoru Mauro Fioredir. İlk dəfə ssenarini oxuyanda Aqilə dedim ki, “Sənə bağlanıram” klipində də evli kişini sevən qadın obrazını canlandırmışam. Bütün evli kişilər mənə qalıb? Bəlkə bu dəfə mən evli olum? Bildirdi ki, ssenarini dəyişmək olmaz.

Klipi mən çox bəyəndim. Albomda isə tamaşaçıların və mənim sevdiyim mahnılar yer alıb. Bu albom Türkiyə şirkəti ilə ilk işbirliyimdir. Türkiyə şou-biznesinə qoşulmaq fikrim yoxdur. Ölkəm üçün keyfiyyətli iş görmək istəyirəm”.

Türkiyədən gələn “Kopuz” prodakşının rəhbəri Uğur Kopuz isə Günayın Türkiyədəki fəaliyyətindən danışıb: “Yeni albom bizim şirkətdə hazırlanıb. Günayın çox dəyərli səsi var. Məşhur türkiyəli müğənni ilə oxuyacağı duetlə Günayı Türkiyədə tanıdacağıq. Artıq İbrahimli “Türkiyə Musiqi Əsərləri Məslək Birliyi”nin üzvüdür”.

Sonda Kopuz müğənninin prodüseri Toma Hüseynəliyevaya və müğənniyə ay-ulduzlu boyunmağı hədiyyə edib.

Qeyd edək ki, albom və klipin prodüserləri Toma Hüseynəliyeva və Uğur Kopuz, stilisti Elnur Həsənovdur.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53