Roma Papası Fələstin rəhbərinin “sülh mələyi” adlandırıb

Roma Papası Fransisk Vatikanda Mahmud Abbasla görüşü zamanı onu “sülh mələyi” adlandırıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, o bu sözləri Mahmud Abbasa üzərində mələk şəklinin əks olunduğu medalyon hədiyyə edərkən deyib.


Qeyd edək ki, Vatikan bundan əvvəl tezliklə Fələstinin müstəqilliyini tanıyacağını və diplomatik münasibətlər quracağını bəyan edib. İsrail isə, öz növbəsində, Vatikanın bu qərarından məyus olduğunu bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri