İŞİD qədim Palmira şəhərinin bir hissəsini ələ keçirib

Qədim Palmira şəhərinin şimal hissəsi İŞİD terror qruplaşmasının nəzarətinə keçib.

APA-nın “Frans Press”ə istinadən verdiyini xəbərə görə, hazırda şiddətli döyüşlər gedir.

Döyüşlərdə çoxlu sayda ölənlərin olduğu bildirilir.

Qeyd edək ki, UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.
Şərhlər
Dünya bölməsinin xəbərləri