“Beyaz Show”: Həm Azərbaycanı, Həm Türkiyəni təmsil edəcək Elnur

“Beyaz Show”: Həm Azərbaycanı, Həm Türkiyəni təmsil edəcək Elnur Azərbaycanı "Eurovision-2015"də təmsil edəcək Elnur Hüseynov Türkiyənin məşhur "Beyaz Show" proqramında qonaq olub.


Live.az Qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı Bəyazit Öztürk onu "Eurovision"da həm Azərbaycanı, həm də Türkiyəni təmsil edəcək" deyə təqdim edib. Elnur yarışmada oxuyacağı "Hour of the Wolf" mahnısı və promo-turları haqda danışıb.

Azərbaycan musiqisini sevdiyini deyən Bəyaz həmyerlimizə "Əgər bu səsə qiymət versələr, sən birinci olarsan" söyləyib. O, eyni zamanda bütün Avropada yaşayan türklərə çağırış edərək Elnura səs vermələrini istəyib.

E.Hüseynovun ifasından sonra proqramın digər qonaqları onu tərifləyərək "yarışmada sənin kimi digər səs olduğuna inanmırıq" deyiblər.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53