Bakıda İlham Əliyev və Fransua Ollandın görüşü keçirilib [Video]

Bakıda İlham Əliyev və Fransua Ollandın görüşü keçirilib [Video] Aprelin 25-də Azərbaycan prezidenti İlham Əliyev və Bakıda işgüzar səfərdə olan Fransa prezidenti Fransua Olland arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin dinamik inkişaf etdiyi bildirilib. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulanıb. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu və bunun üçün böyük imkanların mövcudluğu qeyd edilib.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə edib.

Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



_______________

Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda işgüzar səfərdə olan Fransa prezidenti Fransua Olland arasında təkbətək görüş başlayıb.

APA-nın məlumatına görə, prezidentlər görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, F. Olland Bakıya dünən axşam gəlib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri