“Aşk olsun” filminin nümayişi başlanıb

“Aşk olsun” filminin nümayişi başlanıb Aprelin 23 –dən ətibarən Nizami Kino Mərkəzində Türkiyənin “Aşq olsun”və ABŞ, Kolumbiya və İspaniyanın birgə istehsalı olan “Qaranlıqdan” filmlərininnümaişi başlanıb.



Rejissorlar Murat Serezli və Neslihan Yıldız Alaklının, Eşref Dinçerinssenarisi əsasında çəkdikləri “Aşk olsun ” romantik komediya filmi qadınlara“eşq doktorluğu” edən Ozanın həyat hekayəsindən bəhs edir. Onun yeni müştərisiCeyda, sevgilisi Canerle yenidən birləşmək üçün Ozandan yardım istəyir. Cener isəeşq acısını unutmaq üçün başqa qadınla yeni münasibətlər qurmağa çalışır.Hadisələrin cərəyan etdiyi vaxtda, təxmin belə etmədən, Ozan Pınarla qarşılaşır vəona aşiq olur. İşlərini də unutmayan Ozan, köhnə sevgililəri barışdırmaq üçün planqurur. Onun planını başa düşən Pınar, başlamaqda olan münasibətlərinə son qoyur.Görəsən bu iki cütlüyün məcarası xoşbəxt sonluqla bitəcəkmi?


Filmdəki obrazları İlker Aksum, Sedef Avcı, Kenan Ece, Selen Seyven və digər aktyorlar canlandırıblar. Yaş həddi :12+


Həmçinin, həmin gündən etibarən ABŞ, Kolumbiya və İspaniyanın bırgəistehsalı olan “Qaranlıqdan” filminin nümayişi başlanıb.


Xavyer Qulon və Pastor qardaşlarının ssenarisi əsasında rejissor YuisKilesin çəkdiyi bu film triller və dəhşət janrındadır. Filmin yaş məhdudiyyəti: 18+


Ailə biznesi ilə məşqul olmaq ücün qızları ilə birgə Kolumbiyaya köcəncütlük, bir muddətdən sonra yeni evlərinin ruhlarla dolu olduğunu öyrənirlər...


Filmdəki rollara aktyorlar Frenk Kuervo, Piksi Deyvis, Alexandro Fert,Stiven Ri, Skott Spidman, Culiya Staylz, Vanesa Tamayo, Gilermo Morales Vitolavə başqaları çəkiliblər.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57