Azərbaycan kubokunun finalı Qəbələdə keçiriləcək

Azərbaycan kubokunun finalı Qəbələdə keçiriləcək Futbol üzrə Azərbaycan kubokunun final görüşünün keçirilmə yeri müəyyənləşib.

APA-nın məlumatına görə, həlledici oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

İyunun 3-də baş tutacaq matçda “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. Ölkə kuboku tarixində ilk dəfə finala Qəbələ ev sahibliyi edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsində “Neftçi” “İnter”i (2:0, 1:2), “Qarabağ” “Simurq”u (1:0, 0:0) məğlub edib.
Şərhlər
İdman bölməsinin xəbərləri