Bakıda hoteldə 28 yaşlı şəxs bir nəfəri öldürüb, digərini isə yaralayıb

Bakıda qətl hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində qeydə alınıb.

Hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Bakı sakini Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri